• 24 Aprel 2024
logo
Gürcü jurnalist və blogerlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Gürcü jurnalist və blogerlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb - YENİLƏNİB 

Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademikin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb.
Qonaqlar Füzuli və Cəbrayıl rayonlarında minatəmizləmə əməliyyatları, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla tanış olacaqlar.
***
08:38

Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademikin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri təşkil olunub.
Onlar Füzuli və Cəbrayıl rayonlarına gedərək, orada minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.
Eyni zamanda, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla da tanış olacaqlar. Səfər zamanı qonaqların dağıdılmış mədəni, tarixi və dini abidələrə baş çəkəcəkləri gözlənilir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir qədər əvvəl özünün “Twitter” səhifəsində yazaraq həmin şəxslərlə görüşdüyünü və bir sıra mövzularda səmimi söhbət apardıqlarını bildirib.