• 18 Aprel 2024
logo
“Redaktorlar belə halların qarşısını almalıdırlar”

“Redaktorlar belə halların qarşısını almalıdırlar”

“Ümumiyyətlə hər şeyi məqsəd müəyyənləşdirir. Məqsəd hansısa məsələ haqqında məlumat verməkdirsə bunu dürüst etməlisiniz. Yox əgər, sensasiya yatratmaq, qərəzli olmaq, kiməsə guya əzələ nümayiş etdirmək istəyirsinizsə, qərəzlisiniszə bilərəkdən faktları təhrif edir, dezinformasiya yayrsınız”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bu jurnalist etikasına ziddir və redaktorlar belə halların qarşısını almalıdırlar: “Jurnalistika istehsal prosesi baxımından daim hərəkətdə olan bir sahədir. Yəni bu mexanizm daim işləyir. Eləcə də bu mexanizmdə daim çalışan, onun elementi olan jurnalistlər, reportyorlar daim öz üzərlərində işləməli, peşəkarlıq səviyyələrini artırmalıdırlar. Bunun müxtəlif yolları var. Bu redaksiya daxilində, jurnalist təşkilatları səviyyəsində, müəyyən layihələrdə iştirak səviyyəsində də ola bilər. Önəmli olan odur ki, jurnalistlər daim biliklərini artırmalıdır və yeniliklərdən xəbər tutmalıdır. Çünki indi jurnalistika həm mürəkkəb ictimai münasibətlər sistemində irəliləyib, həm də olduqca maraqlı texnoloji şəraitdə çalışır. Bu texnoloji şərait, həm də cəmiyyətdən irəli gələn qeyri-adekvat şərait jurnalisti məcbur edir ki, daim öz üzərində çalışsın, özünün peşə biliyini, yazdığı sahələrlə bağlı olan spesifik bilikləri artırsın. Onda jurnalistin yazdıqları, normal qarşılanır və təbii ki, onun adı, şöhrəti də yüksək olur. Buna diqqət yetirilməlidir”.

Əli Zülfüqaroğlu