• 25 Aprel 2024
logo
“Mediada araşdırma tipli materiallar yoxdur”

“Mediada araşdırma tipli materiallar yoxdur” - Qulu Məhərrəmli

“Təbii ki, xəbərdən fərqli olaraq analitik materiallar hazırlamaq, təhlillər yazmaq bilik, peşəkarlıq, intellektual yanaşma, analitik təfəkkür və məntiq tələb edir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli bildirib ki, çap və digər media quruluşlarında bu keyfiyyətlər olmayanda istər-istəməz analitika azalır: “Mən yeri gəlmişkən araşdırma məsələsinə də toxunmaq istəyirəm. Bizim mediada demək olar ki, araşdırma tipli materiallar yoxdur. Düzdür, bəzən araşdırma adı ilə adi təhil yazılar olur. Amma araşdırma materialı tamam fərqlidir. Araşdırma odur ki, o məsələ ilə bağlı cəmiyyətə məlumatlar verilmir, jurnalistin fərqli yanaşması ondan ibarətdir ki, onu tapsın, araşdırsın, təhlil eləsin və auditoriyaya çatdırsın. Dünyada araşdırma ən böyükl peşəkarlıq, analitik təfəkkür və müəyyən geniş əlaqələrin, təməl xəbər mənbələrinin olmasını tələb edir. Ona görə də arzu edərdim ki, mediamızda araşdırma tipli yazılar olsun. Başa düşürəm, bu çətindir, təhlükəlidir və jurnalistikanın ümumi səviyyəsini nəzərə alsaq təbii ki, problemləri aydın şəkikldə görə bilirik”.

Əli Zülfüqaroğlu