“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı yazı İngiltərənin t-vine.com saytında yayımlanıb. Yazıda dahi Azərbaycan şairinin həyat və yaradıcılığından söhbət açılır. Eyni zamanda Nizmi Gəncəvinin şərq və qərb ədəbiyyatına təsiri qeyd edilir. Qərb ədəbiyyatının görkəmli nümayəndələri və araşdırmaçıların Nizami Gəncəvi haqqında fikirlərinə yer verilir.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2021 -ci il yanvar ayında “Nizami Gəncəvi İli” elan edilməsi və məqsəd Nizamini bütün dünyada tanıtmaq və onun irsini daha da dəriundən öyrənmək olduğu vurğulanır, eyni zamanda onun əsərlərində bəşəri dəyərlərin önə çəkildiyi bildirilir...
Yazıya bu linkdən daxil olmaq mümkündür:
http://www.t-vine.com/celebrating-the-unequalled-legacy-of-azerbaijans-great-writer-nizami-ganjavi-and-his-encyclopaedia-of-literature-of-the-east-and-the-west/?fbclid=IwAR2f1on4aYs3xi4r144ni5GS4VZ20MfTbyzIgfXLFW0tjpi5iPOCrPu2Nmw