• 25 Aprel 2024
logo
APA-nın Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı xəstəxanaya yerləşdirilib

APA-nın Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı xəstəxanaya yerləşdirilib

“APA TV”-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, o, yanğın bölgəsində tüstüdən zəhərlənib.
X.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.