• 17 Sentyabr 2021
logo
Şuşa stansiyası vasitəsilə 10-dan artıq TV kanalı və 4 FM radio kanalının yayımı baş tutur

Şuşa stansiyası vasitəsilə 10-dan artıq TV kanalı və 4 FM radio kanalının yayımı baş tutur

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupu olaraq ilk dəfə olaraq işğaldan azad edilmiş torpaqlarda belə görüş keçiririk. Layihələrdən ən vaciblərindən biri olan Füzuli Hava Limanında olduq. Artıq orada işlərin 60 faizindən çoxu tamamlanıb. İlin sonuna qədər Hava Limanının istismara verilməsi gözlənilir.
Bunu Hadrutda jurnalistlərə açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupun rəhbəri Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, Şuşaya gedən Zəfər yolunun sentyabrda tam istismara verilməsi planlaşdırılır. Ümumilikdə artıq tikintisinə qərar verilmiş 10-dan artıq avtomobil yolunda işlər başlanılıb. Eləcə də Horadiz-Ağdam dəmir yolu xəttini, Ağdam-Bərdə dəmir yol xəttində də işlər gedir. Digər rabitə infrastrukturunun qurulması ilə əlaqədar də boyük işlər görülür. Sadəcə onu demək kifayət edər ki, 68 mobil rabitə baza stansiyaları qurulub.
"Eyni zamanda, Şuşa rabitə televiziya yayımı stansiyası vasitəsilə 10-dan artıq televiziya kanalı və 4 FM radio kanalının yayımı baş tutur. Ümumilikdə 1400 km-dən artıq optik xətt çəkilib. Biz bu gün həmkarlarımızla birlikdə Şuşada olarkən artıq köhnəlmiş teleradio yayımı qovşağında olduq. Onun artıq daha yeni, gözəl, müasir layihəsi hazırlanıb. Layihə müvafiq qaydada razılaşdırmadan keçdikdən sonra yəqin ki, onun yenilənməsinə başlanılacaq", - R.Hümmətov belə deyib.