• 25 Aprel 2024
logo
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti KİV nümayəndələrini mükafatlandırıb

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti KİV nümayəndələrini mükafatlandırıb

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan diasporunun fəaliyyətindən yazan bir qurup jurnalist və ictimai fəalı “Təşəkkürnamə” ilə təltif edib.
İyulun 29-da bununla bağlı Milli QHT Forumunun ofisində tədbir keçirilib. Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli, komitənin aparat rəhbəri Daşqın Rəcəbli, diaspor nümayəndələri və jurnalisitlər qatılıblar.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bildirib ki, fəaliyyətlərinin ilk günlərindən hər zaman Azərbaycan mediasının diqqət mərkəzində olublar: “Cəmiyyətin kiçik tədbirlərindən tutmuş iri miqyaslı layihələrinədək, demək olar ki, heç bir fəaliyyətimiz KİV-in nəzərindən kənarda qalmayıb. Yunanıstanda yaşayan üzvlərimiz adından bu günədək yanımızda olan, Yunanıstanda yaşayan azərbaycanlıların fəaliyyətinin təbliğinə və təşkilatlanmasına media dəstəyi göstərən bütün jurnalist dostlarımıza təşəkkürümüzü bildiririk”.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli, komitənin aparat rəhbəri Daşqın Rəcəbli, diaspor nümayəndələri və jurnalisitlər də çıxış ediblər.
Daha sonra Azərbaycan diasporu, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda jurnalistlərə “Təşəkkürnamə”lər təqdim edilib.