• 13 Fevral 2025
logo
“Xalq cəbhəsi” qəzetinin multimedia layihəsi – AXCTV.AZ

“Xalq cəbhəsi” qəzetinin multimedia layihəsi – AXCTV.AZ

AXCTV.AZ-ın fərqi medianın klassik ənələrinin, xüsusilə də ƏLAHƏZRƏT MƏTNin yüksək peşəkarlıqla oxucu-izləyicilərə qəzet-multimedia sintezində çatdırılmasıdır

İyulun 22-dən – Milli Mətbuat və Jurnalistika günündən etibarən “Xalq cəbhəsi” Media Qrupuna daxil olan “Xalq cəbhəsi” qəzetinin multimedia layihəsi AXCTV.AZ rəsmi fəaliyyətə başlayır.
Qeyd edək ki, təxminən 1 ilə yaxındır ki, AXC TV YouTube kanalı həftənin 5 günü tanınmış jurnalist Telman İsanın təqdimatında “Azad meydan”, politoloq Niyaməddin Orduxanlının aparıcılığı ilə “Həftənin yekunu” videokontentləri ilə izləyicilərin görüşünə gəlir. Bundan başqa, AXC TV-nin əməkdaşları Rufanə Seyid və Günel Elxanın hazırladıqları “Xəbərlər” bloku da həftənin 3 günü YouTube üzərundən izləyicilərə təqdim olunur. Bu gündən başlayaraq, AXC TV-nin videokontentləri YouTube kanalı ilə yanaşı, layihənin rəsmi saytı AXCTV.AZ üzərindən də yayımlanacaq və izləyicilərə bir-birindən maraqlı multimedia materialları təqdim edəcək. AXCTV.AZ-ın fərqi medianın klassik ənələrinin, xüsusilə də ƏLAHƏZRƏT MƏTNin yüksək peşəkarlıqla oxucu-izləyicilərə qəzet-multimedia sintezində çatdırılmasıdır.
Xatırladaq ki, “Xalq cəbhəsi” qəzeti 2001-ci il noyabrın 20-dən işıq üzü görür. Qəzetin eyni adlı saytının da yaşı təxminən bir o qədərdir. Qəzetin BAYMEDİA.AZ adlı saytı 2012-ci ildən fəaliyyətə başlayıb. Daha sonra Cavid Şahverdiyevin rəhbərlik etdiyi AVRASİYA.NET saytı da “Xalq cəbhəsi” Media Qrupuna qoşulub. AXCTV.AZ “Xalq cəbhəsi” Media Qrupunun say etibari ilə 4-cü resursudur.
Xatırladaq ki, “Xalq cəbhəsi” Media Qrupunun rəhbəri əməkdar jurnalist Elçin Mirzəbəylidir.