• 19 Fevral 2025
logo
“Reket jurnalsitikası” minimum səviyyədədir”

“Reket jurnalsitikası” minimum səviyyədədir” – Aydın Quliyev

“Təəssüf ki, bəzən biz “reket media”nı reallıqda olduğundan dəfələrlə artıq şişirdirik. 20 il ərzində son hadisəyə qədər Azərbaycanda “reket jurnalsitikası”nın fəaliyyəti minimuma enmişdi. Hər halda “reket jurnalsitikası”nın fəaliyyəti və səivyyəsi 10-15 il bundan öncə ilə müqayisəolunmaz dərəcədə aşağı enib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydn Quiyev deyib. O, bildirib ki, hansısa bir “jurnalist”in şəhid ailəsi ilə bağlı arzuolunmaz hərəkətə yol verməsi, yazı yazmaq adı ilə müəyyən təmənna güdməsi araşdırılır: “Amma təkcə bir fakta görə, bütövlükdə medianı qaralamaq və mediada guya “reket jurnalistikası”nın yeni dalğasının başlanması kimi görüntü yaratmaq kökündən səhvdir”.
A.Quliyev əlavə edib ki, əlsində digər sahələrdə çatışmazlıqlar kifayət qədərdir: “Məgər prokurorluqda problem, rüşvət alan hər hansı bir prokuror, yaxud müstəntiq yoxdur? Adi bir faktı “reket jurnalistikası”nın yeni dalğasının başlanması üçün əsas kimi qəbul etmək olmaz. Düzdür, həmin fakta görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Amma bunu Azərbaycanda reket medianın yeni dövrünün çiçəklənməsi kimi qələmə vermək kökündən səhvdir. Ölkədə “reket jurnalsitikası” 10-15 il bundan öncə ilə müqayisədə minimum səviyyədədir. Bu da ciddi narahatlıq üçün əsas yaratmır”.

Əli