• 25 Aprel 2024
logo
Əhməd İsmayılov: "Bu bizim media nümayəndələrinə və mülki şəxslərə qarşı törədilmiş növbəti terror aktıdır"

Əhməd İsmayılov: "Bu bizim media nümayəndələrinə və mülki şəxslərə qarşı törədilmiş növbəti terror aktıdır"

"Bu gün bir qrup şəxsin minaya düşərək həlak olması Ermənistan Respublikası tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərə qarşı törədilmiş növbəti terror aktıdır".

Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Həlak olan şəxslərin yaxınlarına baş sağlığı verən icraçı drektor bildirib ki, Azərbaycan mediası olaraq bunu qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq.