• 29 Sentyabr 2022
logo
Media nümayəndələri Şahbulaq qalasında olub

Media nümayəndələri Şahbulaq qalasında olub

MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində media nümayəndələri Ağdam rayonundakı Şahbulaq qalasında olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, jurnalistlər qala ilə tanış olub, ermənilərin burada törətdiyi vandallıq əməllərinin gözləri ilə görüblər.
Media nümayəndələrinə məlumat verilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən sayılır. Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən tikilib.

Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Jurnalistlərə bildirilib ki, ermənilər ərazini işğalda saxladığı müddətdə apardıqları qeyri-qanuni tikinti işləri ilə Şahbulaq qalasının tarixiliyinə xələl gətirib, Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdaraq qarət ediblər.