• 18 Aprel 2024
logo
Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq

Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq.

MŞ-dan bildirilib ki, aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcək.