• 27 Aprel 2024
logo
Bu gün 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur - TƏBİB

Bu gün 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur - TƏBİB

Bu gündən etibarən Azərbaycanda jurnalistlərin vaksinasiyasıına başlanlıb.

Jurnalistlərin vaksinasiyası könüllü müraciətlər əsasında Mətbuat Şurasının binasında səyyar briqadalar tərəfindən həyata keçirilir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bildirib ki, gün ərzində 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur:

"Aprelin 2-dən ibarət olaraq vaksinasiya prosesinə səyyar formada da başlanılıb. Mətbuat Şurasının binasında da səyyar formada vaksinasiya həyata keçirilir. 18 yaşdan yuxarı mətbuat işçiləri müraciət edərək vaksinasiyada iştirak edə bilər".