• 3 Dekabr 2021
logo
Əflatun Amaşov: “İndiyədək peyvənd olunmaq istəyən 200-dək jurnalistin siyahısı təqdim olunub"

Əflatun Amaşov: “İndiyədək peyvənd olunmaq istəyən 200-dək jurnalistin siyahısı təqdim olunub"

“Bu gündən jurnalistlərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır".

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub: "Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır".

Ə.Amaşov qeyd edib ki, jurnalistlər koronavirusla bağlı müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər.