• 4 Mart 2021
logo
“Müharibə dönəmində Xidmət tərəfindən təxirəsalınmaz addımlar atıldı”

“Müharibə dönəmində Xidmət tərəfindən təxirəsalınmaz addımlar atıldı”

Taleh Əliyev: “Müharibə təcrübəsi olmayan bir qurum qısa zaman kəsiyində qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldi”

“2020-ci ilin avqust ayında hərbi qeydiyyarda olduğum Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən mənə telefon zəngi gəldi. Hazırda harda yaşadığımı dəqiqləşdirmək istədiklərini bildirdilər, ikinci zəng isə sentyabrın əvvəlləri oldu və bildirdilər ki, hərbi toplanış olacaq bunun üçün əlaqə saxlayırlar. Toplanışın nə zaman olacağı barədə vaxtı çatanda məlumat verəcəklərini söylədilər. 20 sentyabr tarixində Xidmətin əməkdaşı zəng edərək bildirdi ki, sabah Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində olmalıyam”. Bunu 44 günlük Vətən Müharibəsinin iştirakçısı, jurnalist Taleh Əliyev döyüş təəssüratlarını “Xalq Cəbhəsi”nə bölüşərkən deyib. “21 sentyabrda məni Xidmətin Ağdam rayon şöbəsindən Müdafi Nazirliyinin N saylı artileriya hərbi hissəsinə toplanışa göndərdilər”, - deyən Taleh Əliyev əlavə edib ki, toplanışda olduğumuz zaman yuxarı komandalığın zabitləri bizimlə söhbətində bildirdilər ki, düşmən tərəfində növbəti irimiqyaslı təxribat əməlləri gözlənilir: “Bu hal baş verəcəyi təqdirdə Azərbaycan ordusu düşmənə layiqli cavab verəcək. Ona görə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xeyli sayda ehtiyatda olan şəxsi heyət səfərbər olunub. Artıq sizlərində bildiyi kimi düşmən tərəfi 27 sentyabrda cəbhənin bir neçə istiqamətində atəşkəsi pozaraq Azərbaycan tərəfinin mövqelərinə iriçaplı silahlardan və artileriyadan atəş açdılar və buna cavab olaraq Azərbaycan tərəfi də düşmənə sarsıdıcı zərbələr endirdi.

Müharibənin elə ilk günlərində düşmən gözləmədiyi miqyasda əks hücumla qarşılaşdığına görə panik vəziyyətə düşdü. 44 gün davam edən ikinci Qarabağ savışında cəbhənin bütün istiqamətlərində Azərbaycan ordusunun üstünlüyü açıq-aydın hiss olunurdu. Əslində düşmənin Gəncə və digər yaşayış məntəqələrimizə raket zərbələri endirməsinin başlıca səbəbi döyüş mövqelərində ciddi məğlubiyyətə uğraması idi”.

Taleh Əliyev diqqətə çatdırıb ki, ermənilər yaşayış məntəqələrimizə raket zərbələri endirməklə Azərbaycanı qorxudaraq atəşkəs rejimini bərpa etməyə vadar etmək istəyirdilər: “Amma müzəffər ordusuna güvənən xalqımız düşmənin bu təxribatlarınada mərdi mərdanə cavab verdi. Bunun çox sayda nümunələrini mediamız dünyaya nümayiş etdirdi. Evinin qiymətli əşyalarını qoyub Azərbaycan bayrağını götürüb dağılmış evini tərk edən vətəndaşlarımız mənfur nüşməni bu hərəkətləri ilə bir daha məyyus etdi.

Mənim xidmət etdiyim artileriya birqadası müharibənin ilk günlərində cəbhənin Tərtər-Goranboy istiqamətində düşmən hədəflərini məhf edirdi 44 günlük müharibənin gedişində isə bizim bəzi bolmələrdə cənub istiqamətindən irəlliyərək Tuğda, Qubadlıda və Şuşa istiqamətində düşmən hədəflərini məhf etdi. Həqiqətən ikinci Qarabağ savaşı tariximizin çox parlaq bir səhfəsidir. Bu müharibənin qəhrəmanı Azərbaycan xalqıdır. 44 günlük müharibədə xalqla Ordu bir yumruq kimi birləşdi. Azərbaycan əsgərinin maddi olaraq heç bir şeyə ehtiyacı yox idi. Azərbaycan əsgərinin ehtiyacı müharibənin ilk günündən ona verilən mənəvi dəstək idi. Məhz bu mənəvi güc neçə-neçə qəhrəman oğulları meydana çıxartdı. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralı qazilərimizə də şəfalar versin.

Bildiyiniz kimi düşmən təxribatının səhəri günü sentyabrın 28-də Azərbaycan Respublikasının Prezdenti, Silahlı Qüvvələrimizin ali baş komandanının sərəncamı ilə Azərbaycanda qismən səfərbərlik elan edildi. Elə həmin gündən də başlayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən təxirəsalınmaz addımlar atıldı. Ehtiyatda olan zabit, gizir, çavuş və əsgər xidmətə cəlb olundu. Xidmət tərəfindən yeni hərbi hissələr komplekləşdirildi. Nəzərə alsaq ki, bu xidmət birinci Qarabağ savaşı bitdikdən sonra yaradılıb. Müharibə təcrübəsi olmayan bir qrumun qısa zaman kəsiyində belə yüksək səviyyədə qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməsi çox təqdirəlayiqdir”.

Əli Zülfüqaroğlu