• 29 Mart 2024
logo
SƏUDIYYƏ ƏRƏBISTANINDA AZƏRBAYCANLI JURNALISTIN YAZISI DƏRC EDILIB

SƏUDIYYƏ ƏRƏBISTANINDA AZƏRBAYCANLI JURNALISTIN YAZISI DƏRC EDILIB

Tanınmış jurnalist Cavid Şahverdiyevin Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlərlə bağlı növbəti yazısı daha bir ərəb ölkəsi - Səudiyyə Ərəbistanın aparıcı https://garbnews.net saytında dərc olunub.

Xatırladaq ki, bir neçə gün öncə C.Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazıları İordaniya, İraq, Misir, Türkiyə, Livan, Moldova, İtaliyanın aparıcı media orqanlarında ictimailəşdirilib.

Müəllif yazıda əvvəlcə 44 günlük müharibədə əldə olunan qələbənin səbəbini Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi ilə bağlayıb.

C.Şahverdiyev vurğulayıb ki, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib.

Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.

İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qızıl yataqlarımız talayıb, qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar.

Daha sonra Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya əhəmiyyətli memarlıq və arxeoloji, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin dağıdılması, oğurlanmasının statistikası göstərilib.

Yazıda qeyd olunub ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.

Məqalədə daha sonra qeyd edilib ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı törətdiyi vandalizm, hərbi cinayət, terror aktlarının bədəlini ödəməlidir.

Məqalənin ərəb dilində geniş variantı aşağıdakı linkdə:

https://garbnews.net/news/s/182623?fbclid=IwAR3SZ15tV2kmUJGIqvFBD4tMDHd4MqlxKTutF48jvxUqd7FlSd1Z3MWUTEc