• 26 Fevral 2021
logo
Azərbaycanda TV-radio yayımı sahəsində fəaliyyət göstərən yayımçı və operatorların sayı məlum olub

Azərbaycanda TV-radio yayımı sahəsində fəaliyyət göstərən yayımçı və operatorların sayı məlum olub

Hazırda Azərbaycan Respublikası ərazisində televiziya və radio yayımı sahəsində ümumilikdə 94 yayımçı və operator fəaliyyət göstərir.

Bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, bunlar: 12 ümumrespublika televiziya yayımçısı; 12 regional televiziya yayımçısı; 16 radio yayımçısı; 3 peyk televiziya yayımçısı; 17 kabel şəbəkəsi operatoru; 32 İPTV operatoru; 2 xarici televiziya kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operatorlardır.