• 23 Aprel 2024
logo
Gələn il AzTv Avropa kanalları ilə ortaq yayımlar keçirəcək

Gələn il AzTv Avropa kanalları ilə ortaq yayımlar keçirəcək

2021-ci ildə AzTv Avropa kanalları ilə də ortaq yayımlar həyata keçirəcək.

Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

Onun sözlərinə görə, yeni nəsil kadr potensialının yaradılması üçün 2021-ci ildə xarici mütəxəssislərin Azərbaycana dəvət edilməsi nəzərdə tutulur. Bu mütəxəssislərin xüsusən Rusiya və Türkiyədən dəvət edilməsi planlaşdırılır: “Təbii ki, yerli mütəxəssislərimiz var və onlar televiziyanın inkişafında önəmli rol oynayırlar. Biz onların hər birinə minnətdarıq. Amma zaman dəyişir, yeniliklərə ehtiyac yaranır”.
R.Məmmədov qeyd edib ki, xarici mütəxəssislər yeni gələn nəslə redaktorluqdan tutmuş prodüsserliyə qədər dərslər keçəcəklər: “Digər kanalların əməkdaşları da bundan yararlanacaqlar. Bunun üçün bütün şərait yaradılacaq”.