• 25 Aprel 2024
logo
AzTV-nin sədri: “İki il ərzində 4 milyon manatdan çox vəsait maaş və qonorarlara əlavə olunub”

AzTV-nin sədri: “İki il ərzində 4 milyon manatdan çox vəsait maaş və qonorarlara əlavə olunub”

“2019-2020-ci illər ərzində ümumilikdə 4 milyon manatdan çox vəsait maaş və qonorarlara əlavə olunub”.

Bunu mətbuat konfransında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

O bildirib ki, iki il ərzində əməkdaşların maaş və qonorarları istiqamətində də işlər görülüb: “Bu vəsait əlbəttə ki, əməkdaşların rifahının yaxşılaşdırılmasına xərclənib. Peşəkarlıq varsa, onun qarşılığının maaşla ödənilməsi də olmalıdır”.