• 25 Aprel 2024
logo
2-ci binada yaşayan jurnalistlərə şad xəbər: çıxarışlar veriləcək -Dövlət Komitəsindən açıqlama

2-ci binada yaşayan jurnalistlərə şad xəbər: çıxarışlar veriləcək -Dövlət Komitəsindən açıqlama

Bina Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə inşa edilib
Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin ikinci binasının sənədləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Komitədən daxil olan məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.