• 25 Aprel 2024
logo
"Azərkosmos" qlobal media yayım şirkəti ilə əməkdaşlığa başlayıb

"Azərkosmos" qlobal media yayım şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” ASC qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən və televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb.

ASC-dən verilən məlumata görə, “Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək.

“ViewMedia” şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksək keyfiyyətli infrastrukturu vasitəsilə video məzmunun asanlıqla daşıyıcılara paylanmasını həyata keçirir.