• 29 Mart 2024
logo
Akif Aşırlı: “O vaxt bizə mane oldular…”

Akif Aşırlı: “O vaxt bizə mane oldular…” - VİDEO

Azərbaycanla Türkiyə arasında ortaq media platforması ilə bağlı razılıq əldə olundu. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri, əldə olunan bu razılaşma baxımından məhsuldar qiymətləndirilir. Hesab olunur ki, ortaq media qurumlarının yaradılması, Azərbaycanın beynəlxalq arenadakı informasiya boşluğunu ciddi şəkildə dolduracaq. Əslində, bu ideya yeni deyil və ən müxtəlif səviyyələrdə dəfələrlə müzakirə predmeti olub. Ancaq istər Azərbaycan, istərsə də Türkiyədə müxtəlif qruplar bu birliyin yaranmasına mane olub. Məqsəd nə idi? Türkiyə mediası ilə qüvvələrimizin birləşməsi yaxın perspektivdə nələri vəd edir? Birgə informasiya mübarizəsində mücadilə edəcək jurnalist kontingentimizin say və peşəkarlığı yetərlidirmi? Şərq qəzetinin rəhbəri Akif Aşırlı AXC TV-yə müsahibəsində məsələnin görünməyən tərəflərinə də toxunub