• 26 Aprel 2024
logo
Qulu Məhərrəmli PA-nın şöbə müdirinə niyə zəng etmişdi?

Qulu Məhərrəmli PA-nın şöbə müdirinə niyə zəng etmişdi?

BDU-nun professoru Qulu Məhərrəmli dövrü mətbuatın bu günkü vəziyyətini şərh edərkən deyib ki, bütün dövlətlərin mediası cəmiyyətlərinə adekvat olur. Azərbaycan mətbuatı da istisna deyil. Professor mediadanın mövcud vəziyyətinə görə, əsasən bəzi məmurları günahkar bilir. Mətbuatın məlumat alma imkanlarının məhdut olduğunu deyən Məhərrəmli, KİV-in idarə olunmasının yolverilməz olduğunu da vurğulayıb. Jurnalistlərin maddi asılılığı, medianın partiya və hökumət marağları baxımından təbəqələşməsi, Qulu Məhərrəmliyə görə anormal formalaşmadır. O, hesab edir ki, mətbuatı hansısa konsepsiya əsasında inkişaf etdirməkdənsə, sərbəst buraxmaq daha effektli olar. O zaman bu niyə baş vermir? Qələm əhli beynəlxalq müstəviyə niyə çıxa bilmir? Dotasiya hesabına yaşayan mətbu orqanlarla necə davranmalı? Bu və digər sualları AXC TV-yə Qulu Məhərrəmli cavablandırıb- VİDEO