• 25 Aprel 2024
logo
Jurnalistlər binasının qarşısında bankomat quraşdırılıb

Jurnalistlər binasının qarşısında bankomat quraşdırılıb - FOTO

Bakıda jurnalistlər üçün inşa edilən binanın qarşısında bankomat quraşdırılıb.

Kapital Bank orada yaşayan jurnalistlərin rahatlığını təmin etmək məqsədilə binanın qarşısında bankomat yerləşdirib.

Həmçinin, ərazidə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "BakıKart" yükləmə aparatı da qoyulub.

Binada yaşayan jurnalistlər Kapital Bank və BNA rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.