• 27 Aprel 2024
logo
Kənd əhaliləri etiraz aksiyası keçiriblər

Kənd əhaliləri etiraz aksiyası keçiriblər

Güney Azərbaycan Xiyav rayonu (indiki Meşginşəhr) Cəbdərə, Ağdərə və Tənbə kənd əhaliləri hüquqlarının bərpası tələbi ilə aksiya keçiriblər.

Gunaz.tv

Əhali rayonun Cəbdərə və sair kəndlərin ərazilərində yerləşən Ərşaq Mis Yatağı Zavoduna yaxın toplaşıblar.

Onlar zavodun bölgə əhslisinə və iş dalınca başqa əyalətlərə köçən gənclərin işlə təmin olunmamalarına etirazlarını bildiriblər.

Qeyd edək ki, zavod 2017-ci ildən fəaliyyət başalyıb. Lakin onun 369 nəfər işçiləri və kadrlarının hamısı yerli olmayanlardır və əksəriyyəti farsların yaşadıqları bölgələrdən gətirilib.

Kəndlərin gəncləri isə işsizdir və iş dalınca fars bölgələrinə, o cümıdən İsfahan, Tehran, Kirman və Yəzdə köçmək məcburiyyətində qalıblar.