• 26 May 2020
logo
Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə, ölənlərin sayı 8-ə çatıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə, ölənlərin sayı 8-ə çatıb

Azərbaycanda indiyədək ümumilikdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.