• 19 Aprel 2024
logo
Azərbaycan dövləti koronavirusla mübarizədə ciddi addımlar atır

Azərbaycan dövləti koronavirusla mübarizədə ciddi addımlar atır

"Qəbələ Əlillərə Dəstək" Xeyriyyə İctimai Birliyinin rəhbəri Yaşar Hümbətov Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində görülən önləyici və operativ tədbirlərin vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də təqdir edildiyini deyib. O, Prezident İlham Əliyev və Birinci vitse president Mehriban Əliyevanın aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakını və ölkə başçısının burada mühüm mesajlar səsləndirməsini də vurğulayıb:
“Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir ki, bütün bunlar da Prezident İlham Əliyevin birbaşa nəzarəti və xüsusi tapşırıqları ilə reallaşır. Dövlət başçısı belə bir həssas dönəmdə əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşdı, verdiyi tapşırıqlara əsasən, aidiyyəti dövlət qurumları, dövlətdən dəstək alan özəl şirkətlər qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə və istehsalına nail oldular”. Yaşar Hümbətov qeyd edib ki, ölkə Prezidentinin hazırda ən çox tələb olunan tibbi ləvazimat olan maskanın istehsalı məsələsinə də belə həssaslıqla diqqət yetirməsi və günün tələblərinə uyğun sosial-iqtisadi istiqamətdə atılan digər məqsədyönlü addımları vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir”.