• 26 May 2020
logo
Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb

Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda qeyd olunur.