• 25 Aprel 2024
logo
Koronavirus dünyaya 4,1 trilyon ziyan vuracaq

Koronavirus dünyaya 4,1 trilyon ziyan vuracaq

Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərin nəticələri 4,1 trilyon dollar ola bilər.
Bu barədə məlumat Asiya İnkişaf Bankının hesabatında yer alıb. Məlumata görə, neqativ tendensiyalar fonunda qlobal ÜDM 4,8% azalacaq. Pandemiyanın Asiya ölkələrinə vurduğu zərərin 891,6 milyard dollar təşkil edəcəyi bildirilib:
“Əgər pandemiya qısa müddətdə dayansa qlobal iqtisadiyyat 2 trilyon dollar zərər dəyəcək. Qlobal ÜDM isə 2,3% azalacaq. Asiyanın iqtisadi artımı 2,2% təşkil edəcək”.