• 1 İyun 2020
logo
BMT-nin 100-dən çox əməkdaşı koronavirusa yoluxub

BMT-nin 100-dən çox əməkdaşı koronavirusa yoluxub

BMT-nin azı 111 əməkdaşı koronavirusa yoluxub.

Bunu təşkilatın Cenevrədəki mənzil-qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib. Onun sözlərinə görə, təkcə 9 yoluxma Cenevrədə qeydə alınıb.

Qeyd olunur ki, koronavirusa yoluxan əməkdaşlar BMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin İnsan Haqları üzrə Ali komissarının İdarəsinin, eləcə də Cenevrədəki mənzil-qərargahının əməkdaşlarıdır.

İsveçrədə xəstəliyin sürətlə yayılması ilə əlaqədar elan olunan fövqəladə vəziyyət şəraitində əksər ofis işçiləri, eləcə də BMT əməkdaşları uzaq məsafədən işə başlayıblar.