• 23 Aprel 2024
logo
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb

Bakıda xüsusi karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb.

Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində Bakının Lökbatan qəsəbəsi 2-ci massivin 1-ci keçidində yerləşən “Köhnə Faxralı” kafesində karantin qaydalarının pozulduğu müəyyən edilib. Kafe sahibi polis bölməsinə dəvət olunub, onun barəsində inzibati cəza tədbirləri görülüb.