• 24 Aprel 2024
logo
Bakıda 31 yaşlı kişi etil spirti içib öldü

Bakıda 31 yaşlı kişi etil spirti içib öldü

Bakıda orta yaşlı kişi spirtdən zəhərlənib.

Hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 4-də yaşayan 1989-cu il təvəllüdlü Xələfov Asif Aydın oğlu yaşadığı evdə spirtdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib və orada ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, A.Xələfov spirtli içki aludəçisi olub. Araşdırmalar zamanı onun etil spirti içərək zəhərləndiyi məlum olub. Meyit müayinə olunarkən onun qan analizlərindən "metanol" adlı zəhərli maddə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.