• 25 Aprel 2024
logo
Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti apardığına görə ifşa olunmuş şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti apardığına görə ifşa olunmuş şəxslərin sayı açıqlanıb

Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində 2019-cu ildə aparılan tədbirlər nəticəsində müqabil dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda 15 nəfər cəlb edilib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, həmin şəxslərdən 12 Azərbaycan Respublikası, 1 Rusiya Federasiyası, 1 İran İslam Respublikası, 1 Gürcüstan vətəndaşı və əməkdaşlığa cəlb edilmiş 1 nəfər barədə məlumatlar əldə olunub, onlardan 6 nəfər barədə aidiyyəti dövlət orqanları məlumatlandırılıb.

Hesabatda bildirilir ki, 2019-cu il ərzində 26 Azərbaycan vətəndaşının müxtəlif səbəblərdən İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində saxlanaraq həbs olunmaları barədə məlumatlar əldə edilib.

Qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 58 qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib.