• 25 Aprel 2024
logo
Uşaqların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcəklər

Uşaqların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcəklər

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərin cərimələnməsi təklif edilir.

Bununla əlaqədar "İnzibati Xətalar Məcəlləsi"nə dəyişikliklərin edilməsi təklif olunur.

Bu təklifə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək.