Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib.
Baymedia.az xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobili məscidin hasarına vurub.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb.
Bundan başqa, digər sərnişinlər - Xan İlqar oğlu Şirəliyev və Nihad Ziyadxan oğlu Mehdizadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.