• 8 May 2024
logo
Yer kürəsinə Atlas kometi yaxınlaşır

Yer kürəsinə Atlas kometi yaxınlaşır

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır. Parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

AMEA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər.

Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.