• 18 Aprel 2024
logo
"Qremmi” mükafatçısı koronavirusdan öldü

"Qremmi” mükafatçısı koronavirusdan öldü

Amerikalı müğənni Co Diffi koronavirus infeksiyasının qurbanı olub.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, 61 yaşlı ifaçı ötən gün dünyasını dəyişib.

C.Diffi onda koronavirusa yoluxduğunu martın 27-də açıqlamışdı.

Qeyd edək ki, kantri musiqisinin görkəmli nümayəndəsi olan Co Deffi 1999-cu ildə “Qremmi” mükafatı qazanıb.

Xatırladaq ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb. Son iki ayda ölkədə koronavirus daşıyıcılarının rəsmi sayı artıq 140 000-i ötüb. Virusdan ölənlərin sayı isə 34 000-ə yaxınlaşıb.