• 10 İyul 2025
logo
Təbrizdə milli fəallara işgəncə verildi

Təbrizdə milli fəallara işgəncə verildi

Təbrizin təhlükəsizlik təcridxanasında saxlanılan və bir neçə gün əvvəl müvəqqəti sərbəst buraxılan milli fəallara işgəncə verilib.
Baymedia.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan güneyli vəkil Sina Yusifi zərərçəkənlərə istinadən məlumat yayıb.
O, Davud Şiri və Araz İbrahimnejadın kabellərlə döyüldüyünü, elektrik şoku ilə işgəncəyə məruz qaldıqlarını bildirib.
Bununla yanaşı, vəkil hazırda təcridxanada saxlanılan Əli Babayi, Cavad Sudbər və Yürüş Mehrəlibəylinin davamlı döyüldüklərini qeyd edib.
“Fəallar Təbrizin Bağşimal bölgəsində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı “Qara mərkəz” adlandırılan qeyri-rəsmi təcridxanalarda saxlanılır”, - o qeyd edib.