• 27 İyul 2024
logo
DGK xaricdən gətirilən mallara görə limitin endirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK xaricdən gətirilən mallara görə limitin endirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.