• 2 Mart 2024
logo
Güney Azərbaycanın saxlanılmış siyasi fəalları barədə düzgün məlumat verilmir

Güney Azərbaycanın saxlanılmış siyasi fəalları barədə düzgün məlumat verilmir

Azərbaycanın ötən 2 ay ərzində saxlanılmış 13 siyasi-mədəni fəalı barədə ailələrinə düzgün məlumat verilmir.

Ailələrin dediyinə görə, “milli fəallar vəkillə təmin olunmur” və “nədə ittiham olduqları barədə” düzgün məlumat verilmir.

Həbsdə saxlanılan Davud Şirinin qardaşı Əyyub Şiri bu barədə “Radio Fərda”ya müsahibəsində deyib: “Qardaşım sentyabrın 13-ü Təbrizdə evinin qarşısında saxlanılıb. İndiyədək ailəsi ilə yalnız 3 dəfə- bir- neçə saniyəlik telefon danışığına imkanı verilib.”

O, qardaşının və digər saxlanılanların barəsində bunları deyib: “Onlar barədə düzgün məlumat verilmir, nədə ittiham olduqlarına aydınlıq gətirmirlər.

Bir dəfə deyiblər ki, hansısa işlər görmək istəyirdilər. Növbəti dəfə deyiblər, silah gətirirmişlər. Sonuncu dəfə də deyiblər ki, onlar qruplara üzv olmaqda ittiham olunurlar.”

Həmçinin digər məhbus Ayət (Yürüş) Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəyli deyib: “Qardaşım noyabrın 4-ü Culfada saxlanılıb. O vaxtdan ancaq bir dəfə həyat yoldaşı ilə bir neçə saniyəlik telefon danışığına icazə verilib.

Məhkəmə sistemi müstəqil deyil. Ona görə də bizə aydın cavab verilmir. Təbrizin Prokurorluğuna müraciət etdik. Barəsində ayrıntılı cavab verməyib dedilər ki, qardaşın hələ 4 ay saxlanılacaq.”

Yılmaz Mehrəlibəyli həmçinin bildirib ki, müvafiq orqanlar 40 gündür saxlanılan digər milli-siyasi fəal Əli Babainin durumu barədə hələ də məlumat verməyiblər.

Saxlanılanların ailələri bildirirlər ki, onlar təkbaşına kameralarda saxlanılır və sağlamlıqları barədə bir məlumat deyilmir.

Marağa şəhərində saxlanılmış Hamid Yeganəpurun ailəsi onun səhhətinin ağır olduğunu bildirir. Belə ki, onu ürək xəstəliyinə görə Təbrizin Təhlükəsizlik İdarəsindən şəhərin Mədəni adına Xəstəxanasına köçürüllər.

Həkimlər onun təcili müalicəyə götürülməsini vacib bilsələr də, o, yenidən həbsxanaya qaytarılıb.

Qeyd edək ki, Murtəza Nurməhəmmədi, Sabir Hüseynzadə, Nasir Rəzmcu, Ayət Mehrəlibəyli, Əli Babai, Araz İbrahimnijad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, David Şiri və İbrahim Əvəzzadə ötən iki ay ərzində saxalanılan Güney azərbaycanlı milli-siyasi fəallardır.

Gunaz.tv