• 28 Mart 2024
logo
“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir

“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq" – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların "Azərişıq" ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Bu barədə ASC-dən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.