• 22 İyul 2019
logo
add image
“Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium

“Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Qafqaz Universitetləri Birliyinin (KÜNİB) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından danışıb. Tədbirin plenar iclaslarında TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Türk Dil Qurumu rəhbərinin köməkçisi Feyzi Ersoy, KÜNİB-in rəhbəri Ramazan Korkmaz iştirak ediblər. Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov “Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi” mövzusunda məruzə ilə plenar iclasda çıxış edib. Daha sonra simpoziuma məruzə ilə qatılan iştirakçıların bölmə iclaslarında məruzələri dinlənilib.