• 24 Aprel 2024
logo
Məşhur Babanlı soyadının nümayəndəsi dünyasını dəyişib

Məşhur Babanlı soyadının nümayəndəsi dünyasını dəyişib

Martın 17-də tanınmış şair və dramaturq, dövlət mükafatı laureatı, sərbəst güləş üzrə SSRİ idman ustası Fuad Babanlı vəfat edib.Babanlı Fuad Abdulla oğlu 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci keçmiş Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olub. 1964 – 1967-ci illərdə ordu sıralarında xidmətdə olub.Sərbəst güləş üzrə SSRİ idman ustası idi. Müxtəlif vəzifələrdə çalışıb.
Fuad Babanlı 1982-ci ildə bədii yaradıcılığa başlamışdır. “Tənha qalmayasan” adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur. O, Azərbaycan televiziyasında uzun illər göstərilmiş 20 Yanvar faciəsi ilə bağlı “Qanla yazılan gecə” televiziya filminin ssenari müəllifidir. Həmin film televiziyanın qızıl fondunda saxlanılır. 2015–ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülmüşdür. 12 kitabın müəllifi olan Fuad Babanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. İki oğlu, dörd nəvəsi var. Xatırladaq ki, Fuad Babanlı dünya şöhrətli azərbaycanlı ovçu Faiq Babanlının atasıdır.
Qeyd edək ki, Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib.
Allah rəhmət etsin!