• 3 Aprel 2020
logo
Xaçmaz KOB sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirir

Xaçmaz KOB sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirir

Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı preventiv tədbirlər çərçivəsində Azərbaycan Respublikasının KOBİA Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlıq subyektləri üçün keçirilən təlimlər müvəqqəti olaraq dayandırılıb.

KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən məsləhət xidmətləri isə distant formada davam etdirilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı Xaçmaz KOB İnkişaf Mərkəzinin məsləhət xidmətlərindən istifadə etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:

Telefon/Whatsapp (055) 222 15 04 (Rauf Əliyev)
E-mail: khachmazkobim@gmail.com