Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Qeyd olunub ki, yaranan problem artıq aradan qaldırılıb:
"Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir".
Qeyd edək ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Qatar Bakı Dəmir Yolu Vağzalına 26 dəqiqə gec çatıb.