• 22 İyul 2019
logo
add image
Zərdab sakini qaçırdığı avtomobili sürərkən saxlanıldı

Zərdab sakini qaçırdığı avtomobili sürərkən saxlanıldı

“102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.
Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb.