• 26 Yanvar 2021
logo
Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Son 24 saat ərzində Bosniya və Herseqovina, Cəbəli-Tariq, Macarıstan, Sloveniya, işğal olunmuş Fələstin ərazilərində koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Belə ki, dünya üzrə 2241-i yeni olmaqla ümumilikdə 95 333 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 565 minə çatıb. Həmçinin burada 3015 ölüm qeydə alınıb. Onlardan 31-i son 24 saat içində ölənlərdir.

Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 85 ölkə/ərazi üzrə 14 768 nəfərdir. Onların içərisində yoluxan 267 şəxs artıq ölüb.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək