• 17 Yanvar 2021
logo
Cənubi Koreya maska istehsalına 3,2 milyon dollar ayıracaq

Cənubi Koreya maska istehsalına 3,2 milyon dollar ayıracaq

Cənubi Koreya hökuməti yerli qoruyucu maska istehsalçılarına maliyyə yardımı göstərəcək.

Bunu ölkənin Ticarət, Sənaye və Energetika naziri Son Yun Mo deyib.

Qeyd olunur ki, ölkədə martın 6-dan başlayaraq hazır maskaların, eləcə də maska istehsalı üçün materialların ixracı qadağan edilib. Hökumət, həmçinin bu sahədə istehsal gücünün artırılması üçün 2,3 milyon dollar ayrılması barədə qərar verib.

Qərara əsasən aprelin sonunadək qoruyucu maska üçün lazım filtrləyici parçanı istehsalının indiki 12,9 tondan 27 tonadək artırmaq nəzərdə tutulur.