• 17 Yanvar 2021
logo
Bakıda metroda sərnişinlərə maska satan şəxs saxlanıldı

Bakıda metroda sərnişinlərə maska satan şəxs saxlanıldı

Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyasında sərnişinlərə 1 ədədi 2 manata maska satılması ilə bağlı məlumat yayılmışdı.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə gətirilib. Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.