Mingəçevir şəhərində yataqxanada uçqun hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospekti 82\1 ünvanında yerləşən beşmərtəbəli yataqxanada qeydə alınıb. Yataqxana binasının tavanı uçub.
Mingəçevir şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
İcra Hakimiyyətindən Trend-ə bildirib ki, adıçəkilən yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Problemin aradan qaldırılması üçün işlər aparılır.